Balkan çempionatında Azərbaycanı təmsil edəcək idmançılar bəlli oldu
Yunanıstanda atletika üzrə Balkan çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, turnirdə Azərbaycanı Anna Skidan (çəkicatma), Rüstəm Məmmədov (üçtəkanla tullanma), Yekaterina Sarıyeva (üçtəkanla tullanma), İlahə Quliyeva (200 m və 400 m məsafəyə qaçış), Kəsgin Abbaszadə (uzunluğa tullanma), İsmail Əliyev (nüvəitələmə), Həmid Nəbiyev (100 m məsafəyə qaçış) təmsil edəcək.
Turnir 20-21 iyunda Volos şəhərində təşkil olunacaq.


