Liqa yarışının II turu keçirildi

Liqa yarışının II turu keçirildi

Cüdo üzrə yeniyetmələr arasında U-14 Liqa yarışının II turu keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə 89 klub və idman cəmiyyətindən 529 idmançı (437 oğlan, 92 qız) mübarizə aparıb.

Abşeron Olimpiya İdman Kompleksində iki gün ərzində ümumilikdə 18 çəki dərəcəsində medalçılar müəyyənləşib.

Cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.