"Mançester Yunayted" mövsümə məğlubiyyətlə start verdi - VİDEO

"Mançester Yunayted" mövsümə məğlubiyyətlə start verdi - VİDEO

İngiltərə Premyer Liqasında 1-ci turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, son illər ümidləri doğrultmayan "Mançester Yunayted" çempionata uğursuz start verib.

"Qırmızı şeytanlar" İngiltərə çempionatında yeni mövsümün ilk matçında "Arsenal"a uduzub - 0:1.

Mançester təmsilçisinin Premyer Liqada növbəti rəqibi "Fulhem" olacaq.

London klubu isə "Lids"i qəbul edəcək.