Məşhur "Xəzər Lənkəran"lı məşqçi ağır xəstəliklə mübarizə aparır

Məşhur "Xəzər Lənkəran"lı məşqçi ağır xəstəliklə mübarizə aparır

Tarixə qovuşmuş “Xəzər Lənkəran” klubunun keçmiş baş məşqçisi Con Toşak ağır xəstəliyə tutulub.

"Mediasport" xəbər verir ki, 79 yaşlı mütəxəssisə demensiya diaqnozu qoyulub.

Bu barədə oğlu Kamerun Toşak məlumat verib. O bildirib ki, atası çox ağır xəstəliklə mübarizə aparır:

“Bu, dəhşətli xəstəlikdir. Əsasən qısamüddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər.

Yalnız “Liverpul”dakı günləri, “Real Sosyedad” və ya “Real”la bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb”.

Xatırladaq ki, əfsanəvi uelsli 2013-cü ildə Lənkəran komandasının baş məşqçisi olub.