Mövsümün ilk baş məşqçi istefası reallaşdı - Rumıniyalını göndərdilər
Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası qeydə alınıb.
"Mediasport" xəbər verir ki, "Qaziantep" klubu Mirel Redoyla yollarını ayırıb.
Rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
45 yaşlı mütəxəssis Antep klubunu bu ilin aprelindən çalışdırırdı.
Komanda cari mövsüm 3 turdan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.


