"Neftçi" BƏƏ-də Çempionlar Liqasının qalibi ilə bərabərə qaldı
Mövsümün ikinci yarısına hazırlığı Birləşmiş Ərəb Əmirliklərində davam etdirən “Neftçi” Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Bakı klubu Misir təmsilçisi, Afrika Çempionlar Liqasının son qalibi "Piramids”lə qarşılaşıb.
“Məhəmməd bin Zayed” stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
"Neftçi"nin bərabərlik qolunu 87-ci dəqiqədə Murad Məmmədov vurub.
Xatırladaq ki, "ağ-qaralar" ilk sınaq duelində Qazaxıstanın “Kayrat” klubuna 3:0 hesabı ilə qalib gəlib.
Yuri Vernidubun baş məşqçisi olduğu kollektivin hazırlıq çərçivəsində sön görüşü yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” komandasına qarşı olacaq.
