"Neftçi" və "Turan Tovuz"un sabiq futbolçusu 2-ci liqaya yollandı

"Neftçi" və "Turan Tovuz"un sabiq futbolçusu 2-ci liqaya yollandı

2-ci liqada yarışan “Xankəndi” heyətini yeni futbolçu gücləndirib.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Əli Mürsəlovu rənglərinə bağlayıb.

24 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Vaxtilə “Turan Tovuz”, “Neftçi” və “Zirə”də oynamış Əlinin son komandası 1-ci liqada “Baku Sportinq” olub.

Qeyd edək ki, "Xankəndi" çempionatda 14 turdan sonra "Qaradağ Lökbatan"la birlikdə şəriikli liderdir.