AFFA-ya SOCAR tərəfindən 2024-cü ildə 13 milyon manat ayrılıb

AFFA-nın baş sponsoru SOCAR tərəfindən milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği açıqlanıb.
"Mediasport" xəbər verir ki, bununla bağlı AFFA-nın Hesabat Konfransında bildirlib.
Qeyd edilib ki, federasiyaya ötən il ərzində 13 milyon manat vəsait ayrılıb.
Maliyyə AFFA-nın, milli komandaların, AFFA-nın balansında olan stadionların saxlanılması, AFFA-nın tərkibində olan federasiyalar və üzvlərin maliyyələşməsi, uşaq və gənclər futbolunun inkişafı, qızlardan və oğlanlardan ibarət olan müxtəlif yaş qrupları üzrə liqaların təşkili, kütləvi futbolun inkişafı, turnirlərin, beynəlxalq və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar yönləndirilib.
Qeyd edək ki, SOCAR 2003-cü ildən AFFA-nın baş sponsorudur.