Qurban Qurbanovun köməkçisinə və Yassin Benziaya ağır cəza verildi

Qurban Qurbanovun köməkçisinə və Yassin Benziaya ağır cəza verildi

AFFA İntizam Komitəsi "Qarabağın məşqçisi Müşfiq Hüseynov və futbolçusu Yassin Benziaya ağır cəza verib.

"Mediasport" xəbər verir ki, buna klub üzvlərinin Azərbaycan Kubokunun "Sabah"la final oyununda yol verdikləri neqativ hərəkətlər səbəb olub.

Matçın 120-ci dəqiqəsində meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan Müşfiq Hüseynov 2 oyun cəzalanıb, "Qarabağ" 1500 manat cərimə edilib.

120-ci dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən Benzia isə 5 oyunluq cəza ilə üzləşib.

Ağdam təmsilçisi əlcəzairlinin hərəkətinə görə 3000 manat cərimə ödəməlidir.