Nihat Kahveci "Qarabağ"ın ÇL zəfəri haqda təbriklərini çatdırdı

Nihat Kahveci "Qarabağ"ın ÇL zəfəri haqda təbriklərini çatdırdı

"Azərbaycanlı qardaşlarıma, futbolçularına, “Qarabağ” komandasına, prezidentindən tutmuş idarəçisinə və bütün azarkeşlərinə salamlarımı və təbriklərimi çatdırıram".

"Mediasport" xəbər verir ki, bu fikirləri Türkiyənin veteran futbolçusu Nihat Kahveci səsləndirib.

Ötənlərin tanınmış siması "Qarabağ"ı UEFA Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində möhtəşəm qələbəyə görə təbrik edib.

Ekspert aparıcısı olduğu verilişdə ÇL-in pley-offunda "Benfika"ya məğlub olmuş "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyoya eyham vurub:

“Mourinyo deyirdi ki, “Benfika" möhtəşəm komandadır, bizim uduzmağımız normaldır".

Xatırladaq ki, "Qarabağ" Portuqaliyada 3:2 hesablı qələbə qazanıb.