Kərimovun rəqibi müəyyənləşdi
Nihat Kərimovun "Oktaqon 87" turnirində rəqibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, MMA üzrə azərbaycanlı döyüşçü Daşkənddə Səməndər Reimbayevlə qarşılaşacaq.
Təmsilçimizin "Tank" ləqəbli rəqibi ilə döyüşü iyunun 13-də keçiriləcək.
Bu duel "Humo Arena"da baş tutacaq.
Xatırladaq ki, Kərimovun peşəkar karyerasında 1 qələbəsi və 1 məğlubiyyəti var.


