"Qarabağ" Avstriyaya yollanır - Yay hazırlıq planı müəyyənləşdi

"Qarabağ"ın növbəti mövsümün üçün hazırlıq planı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.
Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək.
Komandamız iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək.
Ağdam klubu Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən "Tauern" otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq.
Qeyd edək ki, rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.