"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Nyukasl"la qarşılaşacaq

"Qarabağ" Çempionlar Liqasının pley-offunda "Nyukasl"la qarşılaşacaq

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Mediasport xəbər verir ki, İsveçrədə baş tutan tədbirdə təmsiıçimiz "Qarabağ"ın bu raunddakı rəqibi də müəyyənləşib.

Azərbaycan çempionu 1/8 final yolunda "Nyukasl"la (İngiltərə) qarşılaşacaq.

Mərhələnin oyunları fevralın 17-18-də, cavab görüşləri isə fevralın 24-25-də keçiriləcək.