"Neftçi"yə uyğun, "Turan Tovuz"a çətin rəqib düşəcək - SİYAHI

"Neftçi"yə uyğun, "Turan Tovuz"a çətin rəqib düşəcək - SİYAHI

UEFA Konfrans Liqasında mübarizə aparacaq "Neftçi" və "Turan Tovuz"un potensial rəqibləri müəyyənləşir.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz səpələnməmişlər səbətində yer alacaq.

Kurban Berdiyevin komandası 2-ci, Yuri Vernidubun baş məşqçilik etdiyi "ağ-qaralar" 1-ci təsnifat mərhələsindən mübarizəyə start verəcək.

Yarışın ilk turunun matçları 9-16 iyul, cavab qarşılaşmaları 23-30 iyul tarixlərində baş tutacaq.

"Neftçi"nin potensial rəqibləri:

"İlves", "İnter Turku" (hər ikisi Finlandiya), "Santa Koloma" (Andorra), "Konas Kiy", "Penibont", "Kaernarfon" (hamısı Uels), "Bohemians", "Qlentoran" (hər ikisi İrlandiya), "Styarnan" (İslandiya), "Avropa" (Cəbəllütariq), "Malişeva" (Kosovo), "Elimay" (Qazaxıstan), "Runavik" (Farer adaları), "Marsaxlokk" (Malta), "Nomme Kalyu" (Estoniya) və Lüksemburq çempionatında üçüncü yerin sahibi.

"Turan Tovuz"un potensial rəqibləri:

"Panatinaikos" (Yunanıstan), "Partizan" (Belqrad, Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Riyeka" (Xorvatiya), ÇFR (Rumıniya), "Helsinki" (Finlandiya), "Jrinski Mostar" (Bosniya və Herseqovina), RFS (Latviya), "Astana" (Qazaxıstan), "Brann" (Norveç), "Jalgiris" (Litva), "Şkendiya" (Şimali Makedoniya), "Spartak" (Trnava, Slovakiya), "Ballkani" (Kosovo), "Hradeç" (Çexiya) və "Linfild" (Şimali İrlandiya).