"Qarabağ" Azərbaycan klublarına nə qədər pul vəsaiti qazandırdı?
"Bu gün “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasında, yəqin ki, sonuncu oyununa çıxır. Komandamızın Bakıda keçirilən ev oyunlarında ölkəmizə 8500-ə yaxın xarici azarkeş səfər edib. Bununla da “Qarabağ” ölkəmizdə real potensialı olan idman iqtisadiyyatına mühüm töhfəsini verdi".
"Mediasport" xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.
Azərbaycan çempionunun cari mövsüm avrokuboklarda ölkəmizin idman iqtisadiyyyatına xeyirinə diqqət çəkən nazir qeyd edib ki, "atlılar" Premyer Liqamızın digər klublarına da kifayət qədər pul qazandırıb:
"Klub UEFA tərəfindən təxminən 65,8 milyon manat vəsait əldə edib, UEFA həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klublarımızın hər biri təxminən 1,6 milyon manat əlavə vəsait qazanacaq.
Bizə yaşatdığınız unudulmaz futbol bayramına görə təşəkkür edir, yeni uğurlar arzulayırıq!
Xatırladaq ki, Qurban Qurbnaovun komandası bu gecə saat 00:00-da UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində İngiltərədə "Nyukasl Yunayted"lə qarşılaşacaq.
