"Qarabağ" qeyri-adi göstəriciyə görə "Liverpul"un tarixində ilk oldu
Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək İngiltərənin “Liverpul” klubu Azərbaycan çempionu haqda maraqlı məlumat paylaşıb.
"Mediasport" xəbər verir ki, rəsmi sosial şəbəkə hesablarında mersisaydlıların indiyədək Liverpula ən uzun yolçuluq səfərindən sonra qəbul etdiyi komandaların siyahısı açıqlanıb.
Qurban Qurbanovun komandası "10-luq"da ən uzaq məsafə ilə birinci yerdə dayanıb:
“Enfild"də qeyri-adi rekord gözlənilir. "Qarabağ" UEFA Çempionlar Liqası qarşılaşması üçün Bakıdan yola düşüb. Bu, “Liverpul”un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq”.
Qeyd edək ki, bu gün Bakı vaxtilə saat 15:00-da səfərə çıxan atlılar 7 saatlıq uçuşla təxminən saat 22:00-da İngiltərədə eniş edəcək.
1. “Qarabağ” - 2583 mil (4157 kilometr)
2. “Anji” (Mahaçqala, Rusiya) - 2378 mil
3. “Makkabi” (Hayfa, İsrail) - 2341- mil
4. “Dinamo” (Tbilisi, Gürcüstan) - 2319 mil
5. “Spartak” (Vladiqafqaz, Rusiya) - 2260 mil
6. “Apollon” (Limassol, Kipr) - 2171 mil
7. “Trabzonspor” (Türkiyə) - 2139 mil
8. “Rubin” (Kazan, Rusiya) - 2041 mil
9. “Qalatasaray” (Türkiyə) - 1706 mil
10. “Beşiktaş” (Türkiyə) - 1706 mil
