"Qarabağ" - "Nyukasl" oyununa bilet almaq istəyənlərin NƏZƏRİNƏ
Fevralın 18-də Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl Yunayted" (İngiltərə) matçının biletlərinin satışa çıxarılacağı tarix müəyyənləşib.
"Mediasport" xəbər verir ki, azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletlərini sabahdan əldə edə bilərlər.
Biletlər gün ərzində satışa buraxılacaq. Biletləri yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə satılacaq.
Ağdam klubu azarkeşləri bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etməyə çağırıb.
Qeyd edək ki, görüş saat 21:45-də start götürəcək.
