"Qarabağ", "Zirə" və "Araz-Naxçıvan"dan sonra İsrailə üz tutdu
“Araz-Naxçıvan”dan ayrılan Hamidu Keyta özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, 31 yaşlı fransalı karyerasını İsraildə davam etdirəcək.
Vinger yüksək liqada yarışan “Hapoel"lə (Petah Tikva) anlaşıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.
Xatırladaq ki, Keyta Azərbaycanda "Qarabağ" və "Zirə"də də forma geyinib.

