"Qarabağ"dan darmadağın, yeni transfer Avstriyada het-trik etdi

"Qarabağ"dan darmadağın, yeni transfer Avstriyada het-trik etdi

"Qarabağ" Avstriya toplanışına böyükhesablı qələbə ilə başlayıb.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası ilk yoxlama matçında yerli "Tirol"u darmadağın edib.

"Atlılar"ın qollarından 3-nü yeni transfer Zakaria Savo vurub.

Ağdam klubu hazırlıq çərçivəsində iyulun 1-də Ukraynanın "Xarkov" və Macarıstanın "Ferensvaroş" kollektivləri ilə də qarşılaşacaq.


Yoxlama matçı


"Tirol" - "Qarabağ" 0:4

Qollar: Zakaria Savo,42, 54, 56,  Kamilo Duran, 51.