"Qarabağ"ın kubokda yarımfinal görüşünün biletləri satışa çıxarıldı

"Qarabağ"ın kubokda yarımfinal görüşünün biletləri satışa çıxarıldı

Aprelin 23-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" matçının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri saat 12:09-dan etibarən iTicket.az-da onlayn qaydada əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat aralığında dəyişir.

Biletlər oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Görüş saat 17:00-da başlanacaq. Ağdam klubu ilk dueldə 0:1 hesabı ilə məğlub olub.