Qarabağ klubunun Xankəndiyə köçəcəyi tarix müəyyənləşdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Xankəndi" komandası ev oyunlarını doğma şəhərdə keçirməyə hazırlaşır.
"Mediasport" xəbər verir ki, Xankəndi şəhər stadionunda təmir işləri tamamlanmaq üzrədir.
Təmir işlərinin bu ayın sonunadək başa çatdırılması planlaşdırılır.
İşlər yekunlaşdıqdan sonra Xankəndi stadionunun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur.
Klubun şəhərdəki ilk ev oyununun tarixi isə stadionun rəsmi açılış qrafikinə uyğun müəyyənləşdiriləcək.

