Adı dəyişdirilən klubun sabah təqdimat mərasimi keçiriləcək

 Adı dəyişdirilən klubun sabah təqdimat mərasimi keçiriləcək

1-ci Liqada yeni mövsümə hazırlaşan "Gəncəbasar" Futbol Klubunun təqdimat tədbiri olacaq.

"Mediasport" xəbər verir ki, sabah baş tutacaq tədbir saat 14:30-da "Hyatt Regency" hotelinin "Şuşa" zalında keçiriləcək.

Komandanın hədəfləri, yeni mövsüm üçün planları və s. məsələləri açıqlanacaq.

Xatırladaq ki, "Gəncəbasar" son mövsümədək "Cəbrayıl" adı ilə fəaliyyət göstərib.