AFFA Premyer Liqa klubunun futbolçusuna 4 oyunluq cəza verdi
AFFA İntizam Komitəsi "İmişli"nin futbolçusu Luis Silvestrə (Juninyo) ağır cəza kəsib.
"Mediasport" xəbər verir ki, "sambaçı" 4 oyunluq diskvalifikasiya edilib.
Buna 23 yaşlı braziliyalının Premyer Liqanın 6-cı turunun "Sabah"la oyununda hakimi təhqir edərək meydandan qovulması səbəb olub.
Qərar İK-nın bu gün keçirilən toplantısında çıxarılıb.
Aran təmsilçisi cənubi amerikalının hərəkətinə görə 10 min manat cərimə ödəyəcək.

