“Qarabağ”ın gəlirləri 12,7 faiz artdı

“Qarabağ”ın gəlirləri 12,7 faiz artdı

Azərbaycanın Avropada ən uğurlu təmsilçisi "Qarabağ"ın gəlirləri artıb.

"Mediasport" xəbər verir ki, bu barədə məlumat Ağdam klubunun ilk dəfə açıqladığı Dayanıqlılıq Hesabatında əks olunub.

"Atlılar"ın gəlirləri 2024/2025-ci illər mövsümündə 12,7 faiz çox olub.

Bu, orta hesabla 34,75 milyon manat deməkdir.

Qeyd edilib ki, ötən mövsüm klubun ümumi aktivlərinin həcmi 47,04 milyon manat olub.