"Qarabağ"ın yeni transferi iki aya yaxın futbol oynamayacaq

 "Qarabağ"ın yeni transferi iki aya yaxın futbol oynamayacaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, hücumçu iki aya yaxın müalicə alacaq.

İsveçli forvardın müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.

Onun 8 həftəyə meydançaya qayıtması gözlənilir.

Xatırladaq ki, Savo komandaya bu yay cəlb olunub.