Ronaldo 977-ci qolunu vurdu
Dünya futbolunun əfsanəsi Kriştiano Ronaldo karyerasında 977-ci qolunu vurub.
"Mediasport" xəbər verir ki, "Əl Nəsr"in portuqaliyalı ulduzu Səudiyyə Ərəbistanı Pro Liqasının 2-ci tur görüşündə fərqlənib.
41 yaşlı hücumçu komandasının "Ər Riyad"ı darmadağın (4:0) etdiyi matçda adını tabloya yazdırıb.
Bu, Ronaldonun 2026/2027-ci illər mövsümündə ilk qolu olub.
Forvard ilk turda meydana çıxmayıb.


