"Neftçi"nin Konfrans Liqası matçı Kiprdən olan hakimlərə tapşırıldı

"Neftçi"nin Konfrans Liqası matçı Kiprdən olan hakimlərə tapşırıldı

İyulun 22-də Bakıda UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Dinamo" (Belarus) qarşılaşmasının hakimləri məlum olub.

"Mediasport" xəbər verir ki, matçı Kiprdən olan ədalət təmsilçiləsi idarə edəcəklər.

Baş hakim Konstantinos Fellas, yan xətdə Marios Kaloqiru və Giorgios Xaralampus olacaqlar.

Dördüncü hakim funksiyasını Konstantinos Neofytou yerinə yetirəcək.

"Palms Sports Arena"da baş tutacaq duel saat 20:00-da başlanacaq.