"Sabah"dan ayrılan Boyan Letiçin yeni komandası müəyyənləşdi

"Sabah"dan ayrılan Boyan Letiçin yeni komandası müəyyənləşdi

“Sabah”ın sabiq futbolçusu Boyan Letiç özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, cinah oyunçusu karyerasını vətəni Bosniya və Herseqovinada davam etdirəcək.

O, “Sloqa Meridian” klubu ilə mövsümün sonuna qədər müddəti əhatə edən müqavilə bağlayıb.

Xatırladaq ki, 34 yaşlı bosniyalı 2022-2026-cı illərdə "Sabah"ın heyətində 104 oyun keçirib.