Millimizin futbolçusu Rumıniya klubu ilə müqavilə bağladı - RƏSMİ

Millimizin futbolçusu Rumıniya klubu ilə müqavilə bağladı - RƏSMİ

Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun karyerasını Rumıniyada davam etdirəcək.

"Mediasport" xəbər verir ki, 23 yaşlı müdafiəçi Yüksək Liqa təmsilçisi "Petrolul"la 2 illik müqavilə imzalayıb.

Cəlal buna qədər Bolqarıstanda ("Arda") forma geyinirdi.

Xatırladaq ki, Ploeştini təmsil edən kollektiv ötən mövsüm 16 komandalıq Superliqada 12-ci olub.

Hüseynov 2025/2026 sezonunda ümumilikdə 39 oyuna çıxıb və 4 qol vurub.