"Sabah"dan ayrılan futbolçu Premyer Liqa klubu ilə anlaşdı

"Sabah"dan ayrılan futbolçu Premyer Liqa klubu ilə anlaşdı

"Sabah"dan ayrılan Nicat Mehbalıyevin yeni komandası dəqiqləşib.

"Mediasport" xəbər verir ki, qapıçı karyerasını "Şəfa"da davam etdirəcək.

"Qəbələ"nin yetirməsi Premyer Liqaya yeni yüksələn paytaxt təmsilçisi ilə iki illik müqaviləni razılaşdırıb.

Keçidin bugünlərdə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, son illəri "Sabah"da keçirmiş Mehbalıyev əsas heyətə düşə bilmirdi.