Çingiz İsmayılov vəfat etdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk baş katibi Çingiz İsmayılov vəfat edib.
“Mediasport” xəbər verir ki, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş futbol veteranı 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ç.İsmayılov 1935-ci ildə Bakıda doğulub.
O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub, “Neft daşları", həmçinin Bakı və Gəncənin “Dinamo” komandalarında çıxış edib.
1994-cü ildə AFFA-nın baş katibi seçilib, 9 il ölkənin ali futbol qurumunda çalışıb.
Sonralar futbol şərhçisi olmuş mərhum 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.