Sabiq vitse-prezident nazirliyin 4 milyonluq tenderinin qalibi oldu

Səhiyyə Nazirliyinin tabeliyində olan "Səhiyyənin Təminat Mərkəzi" publik hüquqi şəxsin xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması ilə bağlı tenderin qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 2007-2017-ci illərdə faliyyət göstərmiş "Rəvan" Futbol Klubunun vitse-prezidenti Bəhruz Şirəliyev tenderin qalibi olub.
Səhiyyə Nazirliyi qalib şirkətə 3 867 422,16 manat ödəyəcək.
Xatırladaq ki, nizamnamə kapitalı 4000 manat olan "Zeytun Pharmaceuticals"in qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.