"Qarabağ"ın daha bir keçmiş futbolçusu "Araz-Naxçıvan"a keçdi

"Qarabağ"ın daha bir keçmiş futbolçusu "Araz-Naxçıvan"a keçdi

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

"Mediasport" xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta ilə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib. Azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Keyta Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib.

O, müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.