Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinala çıxdı

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılarımızdan Turan Daşdəmirov (55 kq) və Fəraim Mustafayev (67 kq) yarımfinala yüksəlib.
Turan final uğrunda yaponiyalı Daisuke Morişita, Fəraim rusiyalı Erzu Zakriyevlə qarşılaşacaq.
Seymur Qasımov (72 kq) təsnifat mərhələsində ermənistanlı Gaspar Terteryana 2:6 hesabı ilə uduzub.
Elmin Əliyev (82 kq) təsəlliverici görüşdə özbəkistanlı Azimcan Soatullayev ilə bacarmayıb (0:8).
İsmayıl Rzayev (97 kq) 1/4 finalda rusiyalı İlya Komarova 3:5 hesabı ilə məğlub olub.
Qadınların mübarizəsində Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə rusiyalı U23 Avropa çempionu Kristina Bratçikovaya "tuş"la uduzub.
Yarımfinallar Bakı vaxtı ilə 18:00-da, medallar uğrunda qarşılaşmalar 19:00-da başlanacaq.