Azərbaycan klubu Avropa Kubokunda yenə məğlub oldu

 Azərbaycan klubu Avropa Kubokunda yenə məğlub oldu

Azərbaycanın kişilərdən ibarət "Abşeron Lions" basketbol komandası FİBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv Bakıda Polşanın "Trefl" klubu ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç rəqibin minimal hesablı qələbəsilə yekunlaşıb - 99:96.

Xatırladaq ki, təmsilçimiz qrupun ilk görüşündə Estoniyada "Kalev"ə də uduzmuşdu (85:93).