Afrika Millətlər Kuboku: Seneqal, Nigeriya və Tunis qələbə ilə başladı
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha üç oyun keçirilib.
"Mediasport" xəbər verir ki, görüşlər D və C qruplarında baş tutub.
Seneqal millisi Botsvananı məğlub edib - 3:0.
Nigeriya Tanzaniyadan (2:1), Tunis isə Uqanda yığmasından (3:1) üstün olub.
Yarış yanvarın 18-də yekunlaşacaq.
