Milli üzvü Cənubi Koreyada 90 dəqiqə oynayıb qələbəyə sevindi

Milli üzvü Cənubi Koreyada 90 dəqiqə oynayıb qələbəyə sevindi

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyada növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, yığma üzvünün formasını geyindiyi "Daejon Hana" 3-cü tur çərçivəsində "Suvon"u qəbul edib.

Krivotsyukun 90 dəqiqə meydanda olduğu matç komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Daejon təmsilçisi 6 xalla 2-ci pillədə qərarlaşıb və lider "Daequ"dan 1 xal geri qalır.