"Komandanın əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram"
"Komandada ilk rəsmi oyunumu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticələr əldə edəcəyik. Komandaya kömək etmək istəyirəm. "Qəbələ" klubu layiq olduğu yerə qayıdacaq".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin yeni transferi İsmael Akinade deyib.
Nigeriyalı forvard Azərbaycana gəlişi haqda danışıb:
"Qəbələ"dən təklif gələndə həyəcanlandım. Hər zaman yeni sınaqları, özümü yoxlamağı sevirəm. Bilirəm ki, "Qəbələ" böyük klubdur. Son illər ən yaxşı günlərini yaşamasa da, əvvəlki layiq olduğu yerə qayıdacağına inanıram".
32 yaşlı forvard komandanın uğurları üçün əlindən gələni edəcəyini vurğulayıb:
"Əsas məsələ mümkün qədər çox qələbə qazanmaqdır. Bu, komanda oyunudur. Həmişə öz şəxsi hədəflərim də olur, ancaq əsas prioritet komandanın nəticələridir.
Əlbəttə ki, hücumçu olaraq mümkün qədər çox qol vurmaq istəyirsən. Söz verə biləcəyim yeganə şey odur ki, hər oyun əlimdən gələnin 100 faizini ortaya qoyacam.
Ümid edirəm ki, layiq olduğumuz nəticələri əldə edəcəyik. Azarkeşlərin dəstəyi komandaya əlavə güc verir. İnanıram ki, onları yaxşı oyun və nəticələrlə mükafatlandıracağıq".
