Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək

Taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi keçiriləcək.
"Mediasport" xəbər verir ki, yarışda 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq, +57 kq çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış 4-5 sentyabrda Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda baş tutacaq.