Tarixində ilk dəfə İran çempionu olan "Traktor" mükafatlandırıldı

Tarixində ilk dəfə İran çempionu olan "Traktor" mükafatlandırıldı

Tarixində ilk dəfə futbol üzrə İran Yüksək Liqasının qalibi olan "Traktor" mükafatlandırılıb.

"Mediasport" xəbər verir ki, mərasim çempionatın sonuncu tur oyununun ardınca baş tutub.

Əhvaz şəhərinin Xuzistan qəsəbəsində "İstiqlal"ı 3:1 hesabı ilə məğlub edən Cənubi Azərbaycan təmsilçisi kubok və medallarına rəqib meydanında qovuşub.

Qeyd edək ki, 1970-ci ildən fəaliyyət göstərən Təbriz klubu mövsümü 68 xalla bitirib.

"Al qurdlar" çempionluğu sona iki tur qalmış təmin etmişdilər.