İspaniya La Liqasına vəsiqə qazanan iki komanda məlum oldu

Futbol üzrə İspaniya 2-ci Liqasından La Liqaya vəsiqə qazanan iki komanda müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Levante" Primeraya Sequndanın çempionu kimi yüksəlib, "Elçe" bu vəsiqəni ikinci yerin sahibi olaraq əldə edib.
Elitaya çıxacaq üçüncü komandanın adına 3-6-cı yerlərdə qərarlaşmış komandalar arasında pley-off görüşlərindən sonra aydınlıq gətiriləcək.
Burada "Oviedo" "Almeriya" ilə (7 və 11 iyun), "Mirandes" isə "Rasinq"lə (8 və 12 iyun) qarşılaşacaq.
Cütlərin qalibləri arasında iki matçdan ibarət final baş tutacaq, ən güclü olan tərəf La Liqaya qalxacaq.