“Turan Tovuz”dan Azərbaycan Kubokunda yubiley qalibiyyəti

“Turan Tovuz”dan Azərbaycan Kubokunda yubiley qalibiyyəti

“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.

Tovuz təmsilçisi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir

Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/16 mövsümünə təsadüf edən debüt matçında qazanıb.

Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.