"Turan Tovuz"un formasını daşımaq mənimçün şərəf, qürur və inam idi"

"Turan Tovuz"un formasını daşımaq mənimçün şərəf, qürur və inam idi"

"Bəzən futbolda ən çətin an meydanda deyil, vidalaşmaq məcburiyyətində qaldığın andır. Bu gün qürurla kapitanı olduğum "Turan Tovuz" yollarımı ayırıram".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"dan ayrılan kapitan Şəhriyar Əliyevə məxsusdur.

Müdafiəçi sosial şəbəkə hesabında hesabında vida paylaşımı edib.

O, klubun rəhbərliyinə, məşqçilərə və azarkeşlərə minnətdarlığını çatdırıb:

"Bu formanı daşımaq mənim üçün sadəcə peşəkar bir məsuliyyət olmadı - bu, mənim üçün şərəf, qürur və böyük bir inam idi. Bu komandanın kapitanı olmaq mənə təkcə futbol deyil, insanlıq, birlik və məsuliyyət öyrətdi.

Birlikdə sevindik, birlikdə üzüldük, çətin günlərdən birlikdə keçdik. Hər dəfə bu formanı geyinəndə arxamda bir rayonun, bir klubun və böyük bir ailənin gücünü hiss etdim.

Başda rəhbərlik olmaqla, məşqçilərimizə, komanda yoldaşlarıma və bizi heç vaxt tək buraxmayan böyük azarkeşlərimizə ürəkdən təşəkkür edirəm. Mənə göstərdiyiniz hörmət və sevgi həyatım boyunca mənimlə qalacaq.

Bu gün ayrılan bir futbolçu ola bilərəm, amma qəlbimdə bu klubun yeri həmişə başqa olacaq.

Kapitan sarğısını çıxarmaq olar…amma bu klubun mənə verdiyi dəyərləri heç vaxt çıxarmaq olmaz.

Haqqınızı halal edin".

Xatırladaq ki, Şəhriyar Əliyev 2022/2023 mövsümündən tovuzluların formasını geyinirdi.