"Xəzər Lənkəran" yenə qayıdası olmadı: Çayxana açırlar - FAKT

 "Xəzər Lənkəran" yenə qayıdası olmadı: Çayxana açırlar - FAKT

Sosial şəbəkələrdə "Xəzər Lənkəran"ın yenidən futbol səhnəsinə qaytarılması ilə bağlı fikirlər səngimək bilmir.

Növbəti iddialardan biri dünəndən tirajlanır.

Paylaşılan yeni şəkillərlə fəaliyyətini dayandırmış klubun Lənkərandakı şəhər stadionunda işlərə başanıldığı qeyd olunur.

Hətta yeniləşmə tədbirlərinin klubun sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimovun göstərişi ilə həyata keçirildiyi bildirilir.

Lakin əslində həqiqət bu dəfə də başqa cürdür. Arenanın darvazası ətrafında görülən işlər kiminsə orada çayxana açması ilə əlaqəlidir.

Bu barədə cənub təmsilçisinin mətbuat katibi olmuş Hüseyn Cəbrayıloğlu paylaşım edib.

O bildirib ki, stadionun arxa qapısı tərəfdə çayxana açılır.



Mediasport.com.az