"Qarabağ" AL-in 2-ci təsnifatında ÇSKA ilə heç-heçə etdi
UEFA Avropa Liqasında təmsilçimiz "Qarabağ" 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası doğma meydanda Bolqarıstanın ÇSKA kollektivi ilə qarşılaşıb.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiyada keçiriləcək.
Cütün qalibi 3-cü mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyun
"Qarabağ" (Azərbaycan) - ÇSKA (Bolqarıstan) 0:0
Baş hakim: Daniele Çiffi (İtaliya)
Tofiq Bəhramov adına Respublika stadionu
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Çepas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.
ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy.
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet.
Baş məşqçi: Xristo Yane.

