13 boksçumuz Serbiyada Avropa çempionatında mübarizə aparacaq

 13 boksçumuz Serbiyada Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan boksçuları Serbiyanın Loznitsa şəhərində keçiriləcək U-19 Avropa çempionatında mübarizə aparacaqlar.

"Mediasport" xəbər verir ki, ölkəmiz qitə birinciliyində 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.

Emil Qurbanəliyevlə Asif Məmmədov turnirin hakimləri sırasında yer alacaq, Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.

Avqustun 13-də start götürəcək yarış 9 gün davam edəcək.