Azərbaycan boksçusu Türkiyədə kəmər döyüşünün qalibi odu

Azərbaycan boksçusu Alişan İsmayılov Türkiyədə təşkil edilən kəmər döyüşündə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançımız 14 ölkə təmsilçilərinin qatıldığı yarışda kəmərin sahibi olub.
O, həlledici görüşdə Rusiya boksçusuna qalib gəlib.
Qeyd edək ki, beynəlxalq turnir İstanbulda Beynəlxalq Döyüş Sənətləri Təşkilatı və Dünya KBN Döyüş Sənətləri Federasiyası tərəfindən keçirilib.