AAF rəsmisi Firdovsi Umudov İWF-də vəzifəyə təyin edildi

AAF rəsmisi Firdovsi Umudov İWF-də vəzifəyə təyin edildi

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”na üzv təyin edilib.

"Mediasport" xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Firdovsi Umudovun bu vəzifəyə seçilməsi Azərbaycan ağırlıqqaldırma idmanı tarixində ilkdir.

O, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına (İWF) üzv olan 200-dən artıq ölkənin federasiya nümayəndəsi arasından seçilib.

Qeyd edək ki, Firdovsi Umudov 28 sentyabr 2023-cü il tarixindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti vəzifəsini icra edir. O, eyni zamanda “Sərhədçi İdman Mərkəzi”nin, İdman bölməsinin rəisidir.