Adanada "Bahar Kuboku"nda bir qızıl, bir gümüş medal qazandıq

Türkiyənin Adana şəhərində kayak və kanoe üzrə “Bahar Kuboku” beynəlxalq turnir keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları yarışda uğurla çıxış ediblər.
Qadınların mübarizəsində təmsilçimiz Tatyana Smilovenko 1000 metr məsadə bir nəfərlik kanoe qayığında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.
Oğlanların yarışında isə Hüseyn Səmədli bir nəfərlik kanoe qayığında fəxri kürsünün ikinci pilləsində yer alıb.