İspaniyada "Qarabağ"a dəstək olacaq azarkeşlərin DİQQƏTİNƏ

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində İspaniyada "Atletik"lə qarşılaşacaq "Qarabağ" azarkeşlərinə müraciət edib.
"Mediasport" xəbər verir ki, məlumatda oyun üçün vauçer əldə etmiş azarkeşlərin yerli vaxtla saat 15:30-dan 17:30-a kimi “Euskalduna Conference Centre”dən (Euskalduna Conference Centre) biletlərini əldə etmələri tövsiyə olunub.
Vauçerlərin biletə dəyişdirilməsi zamanı şəxsiyyəti təsdiq edən sənəd azarkeşlərin üzərində olmalıdır:
"Azarkeşlərdən xahiş olunur ki, qeyd olunan müddət ərzində təyin olunmuş əraziyə yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər".